2017-ci ildə “Bakı Metropoliteni” QSC tərəfindən silinmə nəticəsində söküntüdən əldə olunan metal qırıntıları uçota alınıb və il ərzində bazar qiymətlərinə uyğun onların satışı həyata keçirilib.
Bu barədə “APA-Economics” “Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, ötən il ərzində “Bakı Metropoliteni” tərəfindən 1,8 min ton qara metal, 19,2 ton aluminium qırıntıları, 12,5 ton mis və digər metal qırıntıları satılıb.
Metal qırıntılarının kənar təşkilatlara satışından 313,297 min manat gəlir əldə edilib.