2017-ci ilin sonuna “Bakı Metropoliteni” QSC-nin ləğv prosesində olan iki bankda qalan vəsaitinin məbləği açıqlanıb.
Bu barədə “APA-Economics” Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, Azərbaycan manatı ilə cari hesablar üzrə qalıqdan (1 mln. 647,759 min manatdan) 1 mln. 563,289 min manat və ABŞ dolları ilə cari hesablar üzrə qalıqdan (2 mln. 145,976 min manatdan) 2 mln. 145,919 min manat iflas prosesində olan “Texnikabank” ASC və “Bank Standart” QSC-nin hesablarında olan vəsaitdir.
“Ləğv prosesində olan bankların öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək,” – deyə hesabatda bildirilir.