“Bank Respublika” dollar və avronun məhdudiyyətsiz satışını davam etdirir.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, dünəndən etibarən “Bank Respublika”nın bütün ofislərində fiziki və hüquqi şəxslər dollar və avronu istənilən məbləğdə əldə edə bilərlər.
Hazırda bankda dolların satışı 1,86 manat məzənnəsi ilə həyata keçirilir.
“Bank Respublika”nın filial və şöbələri haqqında ətraflı məlumat üçün bu linkə keçin.