Bank Of Baku

“Bank Technique” “İlin Bankı” seçilib

“Bank Technique” “İlin Bankı” seçilib
# 11 dekabr 2014 11:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank Technique” ASC növbəti uğura imza atıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə bank, maliyyə bazarında yeni təşəbbüslərə və innovasiyaların tətbiqinə görə, Azərbaycanda nəşr edilən “Consulting&Business” jurnalının təsis etdiyi 2014-cü il üzrə “İlin Şirkəti” Milli biznes mükafatının “İlin Bankı” nominasiyasına layiq görülüb.

 

Dekabrın 10-da bu münasibətlə təşkil edilmiş təltifetmə mərasimində iştirak edən “Bank Technique”in baş direktoru Kamran Axundov banka verilən yüksək qiymətə görə təşkilatçılara təşəkkürünü bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və uğurları barədə qısa məlumat verib.

 

“İki il ardıcıl olaraq Azərbaycanın aparıcı və uğurlu şirkət və müəssisələri siyahısında təmsil olmağımız fəxr edə biləcəyimiz nəticədir. Çalışacayıq ki, gələcəkdə də bu ənənəni qoruyub saxlayaq”, - deyə K. Axundov əlavə edib.

 

Qeyd edək ki, “İlin Şirkəti” Milli biznes mükafatı 2006-cı ildə “Consulting&Business”  aparıcı analitik informasiya jurnalı tərəfindən təsis edilib. Mükafatın laureatları yüksək rentabelliyinə, bazarda dayanaqlı mövqeyə, maliyyə şəffaflığına, beynəlxalq standartlarına uyğunluğuna görə fərqlənən şirkət və qurumlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR