Bank Of Baku

“Bank VTB (Azərbaycan)” paket sığorta məhsullarının satışına başlayır

“Bank VTB (Azərbaycan)” paket sığorta məhsullarının satışına başlayır
# 11 mart 2016 12:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” öz müştərilərinə yeni komisyon məhsulu – paket siğorta məhsullarini təklif edir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, paket sığorta məhsulları öncədən müəyyən edilmiş qaydada sabit şərtləri, riskləri və sığorta məbləğləri olan sığorta proqramıdır.

 

“Bank VTB (Azərbaycan)” sözügedən paket çərçivəsində  “KASKO Avtomobil Sığortası” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullar təqdim edir. Hər bir sığorta məhsulunun müddəti 1 ildir.

 

Kasko sığortasının qiyməti 99 və 220 manat təşkil edir. Əmlakın sığortalanması zamanı məhsulun qiyməti bölgədən asılı olaraq 48 manatdan 70 manatadək dəyişir. Bədbəxt hadisələrdən sığortanın qiyməti isə 30 və 35 manatdır.

 

Sığorta polisinin alınması və rəsmiləşdirilməsi “Bank VTB (Azərbaycan)”ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət etməyə ehtiyac yoxdur. Sənədlərə olan tələblər minimaldır. Belə ki, “KASKO Avtomobil Sığortası” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Əmlakını sığortalamaqda maraqlı olanlar şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim etməlidir. Bədbəxt hadisələrdən sığortalanarkən yalnız şəxsiyyət vəsiqəsi lazımdır.

 

Bundan başqa, “bank VTB (Azərbaycan)”ın paket sığorta məhsullarını hədiyyə üçün də almaq mümkündür.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR