Bank Of Baku

“Bank VTB (Azərbaycan)” Sumqayıtda filial açıb

“Bank VTB (Azərbaycan)” Sumqayıtda filial açıb
# 28 noyabr 2014 15:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün “Bank VTB (Azərbaycan)” ASC-nin “Sumqayıt” filialının açılışı baş tutub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bununla da bank özünün sayca 13-cü filialını istifadəyə verib ki, bu, həm də bankın Bakıdan və Abşeron yarımadasından kənarda ilk filialıdır.

 

Filial Sumqayıt şəhəri, 34-cü kvartal, 50.1 ünvanında yerləşir.

 

Tədbirdə bankın İdarə Heyətinin, Müşahidə Şurasının üzvləri və “VTB Qrupun” və Sumqayıt Şəhəri İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

 

“Biz əminik ki, Bank VTB (Azərbaycan) Sumqayıt şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz, son dövrdə sürətlə inkişaf edən Sumqayıtda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik”, - deyə, Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

 

“Bank VTB (Azərbaycan)” bu ilin sonuna kimi filiallarının dinamik artırmaqda davam edəcək. “Növbəti ildə filial şəbəkəsinin genişləndirilməsi zamanı ilk növbədə Rusiya tərəfdaşları ilə biznesin gücləndirilməsi üçün bank xidmətlərinə ehtiyac olan regionlar nəzərdən keçiriləcək.  Bu, kənd təsərrüfatı və sənaye mallarının, habelə müxtəlif növ xam malın istehsalı və satışı ilə məşğul olan regionlar ola bilər”, - deyə Y. Yakovlev tədbir iştirakçılarına bildirib.

 

Sumqayıt filialı əhaliyə və  iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR