Bank Of Baku

“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində ilk kreditlərini verib

“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində ilk kreditlərini verib
# 28 noyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə ilk kreditlərin verilişini həyata keçirməyə başlayıb. İlkin olaraq “Energocredit”lərdən müxtəlif biznes sahələrində çalışan müştərilər yararlanıblar.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq,  materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımçı olmaqdır. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini geri nağd şəklində almaq imkanı verir.

 

“DəmirBank” “Energocredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 mln. dollar ayırıb.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR