Bank Of Baku

“Dəmirbank”ın kreditorlarının tələbləri ilə bağlı növbəti dinləmələr keçiriləcək

“Dəmirbank”ın kreditorlarının tələbləri ilə bağlı növbəti dinləmələr keçiriləcək
# 05 iyun 2018 06:47 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına yenidən müraciət edib.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 13 iyun 2018-ci il saat 16:00-da davam etdiriləcək.

 

"Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlardan tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR