Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank” “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri” adlı aksiya keçirir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 1 dekabr 2014-cü il - 28 fevral 2015-ci il tarixlərini əhatə edəcək.
Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.
Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.
Pul köçürmə xidmətlərini “Expressbank”ın filiallarında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Lider”, “Caspian Money Transfer” və “Monex” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.
“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.