InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında avronun qiyməti 1.2323$-a kimi bahalaşdıqdan sonra qismən ucuzlaşıb edib. Hal-hazırda 1.22$ ətrafında ticarət edilən EUR/USD məzənnəsində artım dalğasının daha da güclənməsi üçün 1.2305$-ın üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonra qiymət 1.2463$-a kimi də bahalaşa bilər.Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın iqtisadi inkişaf göstəricisi, dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
GBP
GBP/USD qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, yanvar ayı ərzində 3.6% bahalaşan qiymət 1.38$-ın üzərində qaldıqca, 1.3946$ və 1.4040$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. Bu həftənin çərşənbə və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və iqtisadi inkişaf məlumatları da diqqət mərkəzindədir.
TRY
Türkiyə bazarlarında dolların qiyməti 3.82TL-nin üzərində ticarət edilməkdədir. Belə ki, Türkiyənin xarici siyasəti fonunda artan risklər lirəyə olan təzyiqləri qismən artırıb. Beləliklə, USD/TRY məzənnəsi gələcək günlərdə 3.8259TL-nin üzərində möhkəmlənərsə, 3.8556 və 3.8696TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son günlər 68-69.00$ aralığında ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, artım dalğası 73.07$-a kimi də güclənə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın qiymətləri son bir həftə ərzində 1344$ ilə son dörd ayın maksimum səviyyəsini yenilədikdən sonra 1.5% ucuzlaşıb. Yeni həftənin ilk sessiyasında bazarlarda 1330$-ın üzərində təklif edilən qızılın bir unsiya üzrə qiyməti ümumilikdə 1326$-ın (43.2 $/qram) üzərində qaldıqca, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozları aktuallığını qorumaqdadır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_____________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.