Bank Of Baku

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 25 iyun 2018 09:32 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Dünya valyuta birjalarında avronun qiyməti 1.15$-a kimi ucuzlaşdıqdan sonra 1.17$-a kimi bahalaşıb. Avropa Birliyində Yunanıstanda maliyyə böhranının bitməsi ilə əlaqədar açıqlamalar, Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini dayandırması planları, avronun bahalaşmasına təsir edən əsas amillərdir. Beləliklə, EUR/USD məzənnəsi 1.1720$-ı da yuxarı istiqamətdə qırararaq, üzərində möhkəmlənərsə, 1.1850$-a kimi də bahalaşa bilər.

Bu həftənin cümə gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərin də məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

 

GBP

Funt sterlinq də bahalaşır. Hal-hazırda 1.32$-ın üzərində ticarət edilən GBP/USD məzənnəsi 1.3314$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3402 və 1.3471$-a kimi də dəyər qazana bilər.

İngiltərə Mərkəzi Bankının gələcək aylarda növbəti faiz artımına gedə biləcəyi gözləntilərinin daha da artması, funt sterlinqin bahalaşmasına təsir edə bilər.

 

TRY

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi Türkiyədə prezident və parlament seçkilərindən sonra 4.58TL-ə kimi ucuzlaşıb. Təhlillərə əsasən, qiymət 4.57TL-ni də aşağı istiqamətdə qıraraq altında qalarsa, 4.47 və 4.44TL-ə kimi də ucuzlaşa bilər.

 

OIL

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti “OPEC+” razılaşmasının yüngülləşdirilməsi qərarından sonra 74$-ın altında ticarət edilir. Qiymətin texniki mənzərəsi üzrə analizlərə əsasən, 73.07$ da aşağı istiqamətdə qırılarsa, eniş dalğasının 70.81$-a kimi sürətlənə biləcəyi proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1272$ (40.8 $/qram) səviyyəsində güclü müqavimətlə rastlaşaraq, 1266$-a (40.6 $/qram) kimi ucuzlaşıb. Bir unsiya üzrə qiymət 1265$-ı (40.6 $/qram) da aşağı istiqamətdə qırarsa, 1261 (40.5 $/qram) və 1258$-a (40.4 $/qram) kimi də dəyər itirə bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_____________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR