Bank Of Baku

“Kapital Bank” ötən ili 52 mln. manat mənfəətlə başa vurub

“Kapital Bank”  ötən ili 52 mln. manat mənfəətlə başa vurub
# 13 yanvar 2017 10:30 (UTC +04:00)

“Kapital Bank”ın aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 3 096,691 mln. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 53,5% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,77% artaraq 1 267,012 mln. manat olub.

 

Bankın depozit portfeli bu ilin yanvarın 1-nə 1 916,456 mln. manat olub ki, bu da 2015-ci il ilə müqayisədə 70,26% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 264,398 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 185,850 mln. manat təşkil edib.

 

Bu ilin yanvarın 1-nə bankın gəlirləri 336, 589 mln. manat, xərcləri 202,101 mln. manat təşkil edib.

 

Bank ötən ili 52 mln. 385 min manat mənfəətlə başa vurub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR