Bank Of Baku

“Kapital Menecment” investisiya şirkətinin ötən il aktivlərini azaldıb

“Kapital Menecment” investisiya şirkətinin ötən il aktivlərini azaldıb
# 08 iyun 2018 14:13 (UTC +04:00)

“Kapital Menecment” İnvestisiya Şirkəti ASC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

 

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə “Kapital Menecment” investisiya şirkətinin cəmi aktivlərinin həcmi ötən il 190,436 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 18,48% azdır.

 

Hesabat dövründə “Kapital Menecment”in cəmi öhdəlikləri 16,83 dəfə artaraq 55,040 min manat təşkil edib.

 

Hesabat dövründə şirkətin cəmi kapitalı 41,22% azalaraq 135,396 min manata çatıb.

 

Cəmi gəlirləri 9,250 min manat təşkil edib ki, cəmi xərcləri isə 63,513 min manat təşkil edib.

 

Ümumilikdə, “Kapital Menecment” İnvestisiya Şirkəti ötən ili 94,977 min zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR