Bank Of Baku

“Moody's” Azərbaycanın beş bankına kontragent risk reytinqi təyin edib

“Moody
# 27 iyun 2018 11:56 (UTC +04:00)

“Moody's” beynəlxalq reytinq agentliyi “Bank of Baku”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Kapital Bank” və “Xalq Bank”a risk reytinqi təyin edib.

 

Bu barədə “APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

 

Məlumatda bildirilib ki, təyin olunan risk reytinqi bundan əvvəl banklara verilən baza risk qiymətləndirilməsi ilə bağlıdır. “Bu reytinqlə bağlı proqnoz olmur. Bankların risk reytinqinin növbəti 12-18 ay ərzində yüksəlməsi onların baza kredit qiymətləndirilməsi ilə bağlı ola bilər. Baza kredit qiymətləndirilməsi də öz növbəsində bankların ödəmə qabiliyyəti göstəricilərinin yaxşılaşması (xüsusilə də problemli kreditlərin həcminin əhəmiyyətli dərəcədə azalması və bankın kapitallaşması və mənfəətliliyinin artması) və likvidliklərinin pisləşməməsi nəticəsində yüksələ bilər. Bundan başqa, dövlətdən dəstək alan bankların risk reytinqi Azərbaycanın suveren reytinqinin artması ilə müsbət təzyiq altına düşə bilər. Eyni zamanda, bankların risk reytinqi onların baza kredit qiymətləndirilməsinin azalması fonunda aşağı düşə bilər. Ölkənin iqtisadi mühitində baş verən dəyişikliklərin bankların aktivlərinin, kapitallaşmasının və mənfəətliyinə təsiri  onların baza kredit qiymətləndirilməsini azalda bilər. Dövlətdən dəstək alan bankların risk reytinqi Azərbaycanın suveren reytinqinin azalması ilə aşağı düşə bilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR