Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin III rübündə “NBC Bank”ın aktivlərinin həcmi 135,005 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,64% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34,23% artaraq 115,046 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 68,326 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 1,48% azdır.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,05% artaraq 6,314 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 16% artaraq 58,748 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 54,66% artaraq 49,819 mln. manata çatıb, nizamnamə kapitalı isə 75,38% artaraq 46 mln. 536 min manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 27,62% artaraq 14,502 mln. manat, xərcləri isə təxminən 86,60% artaraq 14,122 mln. manata çatıb.
Bu ilin doqquz ayı ərzində bank 381 min manat gəlir əldə edib.
Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 23 POS-terminalı fəaliyyət göstərir.