Bank Of Baku

“PAŞA Həyat Sığorta”nın rəhbəri ATİB-in sədr müavini seçilib

“PAŞA Həyat Sığorta”nın rəhbəri ATİB-in sədr müavini seçilib
# 02 mart 2015 11:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Fevralın 28-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti illik Ümumi Yığıncağı keçirilib.

 

 “PAŞA Həyat Sığorta” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin nümayəndə heyətinin qatıldığı iclasda millət vəkilləri, dövlət və hökumət orqanlarının rəsmi nümayəndələri, ATİB-ə üzv şirkətlərin təmsilçiləri, həmçinin Türkiyədən və Rusiyadan dəvət olunmuş qonaqlar iştirak ediblər. Ümumi yığıncaqda çıxış edənlər Azərbaycanla Türkiyə arasındakı iqtisadi-siyasi əlaqələrin uğurlu inkişafını, ATİB-in və birliyə üzv təşkilatların fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Tədbirdə ATİB-in İdarə Heyətinin 2014-cü il üzrə fəaliyyəti barədə hesabatı, Birliyin 2014-cü il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqlənin.

 

Ümumi yığıncaqda ATİB-in nizamnaməsinə əsasən, İdarə Heyətinin tərkibi, Ehtiyat üzvləri və İdarə Heyətinin sədrinin seçilməsi məsələsinə baxılıb və qərarlar qəbul edilib.

 

Müvafiq qərarla “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov ATİB-in İdarə Heyətinin sədr müavini təsdiq edilib.  

Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü  ilin fevral ayından ATİB-in üzvüdür. Şirkət ATİB-in üzvləri sırasında aktivliyi ilə seçilib. Belə ki, “PAŞA Həyat”  ötən ilin sentyabr ayında ATİB-in və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının tərəfdaşlığı ilə Bakıda keçirilən “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional konfransın baş sponsoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR