Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Rabitəbank” ASC-nin “Visa Gold” plastik kart istifadəçiləri 30 aprel – 31 iyul tarixinədək keçirilən “Arzularınızın səyahətini qazanın” adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, stimullaşdırıcı lotereyada iştirak etməklə siz hər biri 6 350 manat olmaqla 6 səyahət vauçeri və “Sabina Perfumery&Cosmetics” mağazalar şəbəkəsində hər biri 50 manat olan 120 vauçerdən birini əldə etmək şansını qazanacaqsınız.
Lotereyaya qoşulmaq isə çox asandır: “Visa Gold” bank kartları ilə Azərbaycan ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 manat məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilirsiniz. Bunun üçün sadəcə POS-terminal vasitəsi ilə etdiyiniz ödənişin qəbzini özünüzdə saxlayır və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edirsiniz. Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.
http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium- rules-az.PDF
Xatırladaq ki, “Rabitəbank”ın “Visa Gold” kart sahibləri mobil/internet-bankçılıq və Pin-dəyişmə xidmətlərindən pulsuz yararlana bilərlər. “Visa Gold” bank kartına minimal mədaxil etdikdə, kart müştəriyə pulsuz təqdim olunur. “Rabitəbank”ın plastik kartlar haqqında ətraflı məlumatı aşağıda göstərilən linkdən əldə edə bilərsiniz.
http://www.rabitabank.com/az/private_clients/plastic_cards/Visa_Gold
Fəaliyyət göstərdiyi 22 il ərzində “Rabitəbank” ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində, 17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməkdədir.