Bank Of Baku

“Unibank” Beynəlxalq əmanət günü çərçivəsində tədbirlər keçirib

“Unibank” Beynəlxalq əmanət günü çərçivəsində tədbirlər keçirib
# 04 dekabr 2014 08:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” 31 Oktyabr Beynəlxalq əmanət günü çərçivəsində silsilə tədbirlər keçirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, məqsəd vətəndaşları depozit qoyuluşunun faydaları haqda məlumatlandırmaqdır.

 

Noyabr ayı ərzində davam edən “Maliyyə savadlılığı” tədbirləri çərçivəsində bank əməkdaşları tərəfindən Bakı, Gəncə, Şəmkir və İmişli rayonlarında yerləşən orta məktəblərdə keçirilən görüşlərdə şagirdlərə əmanət qoyuluşları, bank xidmətləri haqda məlumat verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb. Keçirilən görüşlərdə şagirdlərə əmanət günü ilə bağlı bukletlər və hədiyyələr təqdim olunub.

 

“Maliyyə savadlılığı” aylığı çərçivəsində bankın “Bakıxanov-2”,  “Şəki” və “Tovuz” filiallarında keçirilən “Açıq qapı” günlərində filiallara gələn müştərilərə və məktəblilərə Əmanət günü haqda geniş məlumatlar verilib.  

 

Qeyd edək ki, ölkəmizdə 31 oktyabr Beynəlxalq Əmanət günü 3 ildir ki, keçirilir. “Unibank” Mərkəzi Bankın təşəbbüsü ilə qeyd edilən bu  tədbirlərin ən fəal iştirakçılarındandır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR