Bank Of Baku

“Unibank” Beynəlxalq Qadınlar günü münasibətilə 8 taksit kampaniyasına start verir - FOTO

“Unibank” Beynəlxalq Qadınlar günü münasibətilə 8 taksit kampaniyasına start verir - <span style="color: red;">FOTO
# 06 mart 2015 08:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” qadınların bayramını  möhtəşəm və unudulmaz etmək məqsədilə  8 marta  8  taksit kampaniyasına başlayır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, martın 7-8-9-u "Albalı plus" ("Albalı") kart  sahibləri  3 və 6 taksitli alış-verişlərə “Unibank”dan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1 000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr "Albalı plus" ("Albalı") kart sahiblərini gözləyir.

 

“Unibank” müştərilərinin ehtiyac və arzularını  bir məhsulda - "Albalı plus" kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. "Albalı plus" beynəlxaq  kart olmaqla yanaşı, dörd  bank məhsulunu özündə birləşdirir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR