Bank Of Baku

“Xalq Kapital" ötən il öhdəliklərini kəskin artırıb

“Xalq Kapital" ötən il öhdəliklərini kəskin artırıb
# 09 iyun 2018 09:00 (UTC +04:00)

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Xalq Kapital İnvestisiya Şirkəti”nin aktivlərinin həcmi ötən il 450,165 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 24,09% çoxdur.

 

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 57 dəfə artaraq  57,121 min manat təşkil edib.

 

Hesabat dövründə şirkətin cəmi kapitalı 8,65 dəfə artaraq 393,044 min manata çatıb.

 

Ötən il şirkətin cəmi gəlirləri 60,596 min manat, cəmi xərcləri isə 20,867 min manat təşkil edib.

 

Ümumilikdə, "Xalq Kapital İnvestisiya Şirkəti" ötən ili 31,282 min manat xalis mənfəətlə başa vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR