“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalı idi”.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.
Agentliyin mütəxəssisləri qeyd edir ki, buna səbəb Beynəlxalq Bankın aktivlərinin həcminə görə hələ də bazarda ən yüksək – 27% paya sahib olmasıdır. “Buna baxmayaraq, yüksək kredit xərcləri və xarici valyuta riskləri səbəbindən kiçik özəl bankların kapitallaşması təzyiq altındadır. Bundan başqa, tənzimləyici tərəfindən banklara qarşı sərtləşdirici tədbirlər görüləcəyi təqdirdə onların əlavə olaraq yenidən kapitallaşmasına ehtiyac yaranacaq”, - deyə agentlikdən bildirilib.
EKSKLÜZİV '>