2017-ci ilin üçüncü rübün sonuna Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstandakı törəməsi "ABB-Gürcüstan" ASC-nin ("ABB-Gürcüstan") aktivlərinin həcmi 91,819 mln. lari təşkil edib.
"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,27% azalıb.
Törəmə bankın kredit portfeli 66,71% azalaraq 19,620 mln. lariyə çatıb.
Bankın öhdəliklərinin həcmi 54,153 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,96% azdır. Sentyabrın sonuna "ABB-Gürcüstan"ın depozit portfeli 56,08% artaraq 26,305 mln. lari olub.
Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı dəyişməyib - 22,688 mln. lari. Hazırda bankın cəmi kapitalı 37,666 mln. lari təşkil edir ki, bu da 7,33%-lik artım deməkdir.
Sentyabrın sonuna bankın xalis gəliri 42,107 min lari təşkil edib.
Gürcüstan Milli Bankı "ABB-Gürcüstan" ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanı 2007-ci ilin fevralın 7-də verib. Bank fəaliyyətinə fevralın 26-dan başlayıb.
- 1 gürcü larisi = 0,6428 manat