Bank Of Baku

"Access Bank" jurnalistlər üçün təlim təşkil edib

"Access Bank" jurnalistlər üçün təlim təşkil edib
# 25 iyun 2018 11:43 (UTC +04:00)

"AccsesBank"ın dəstəyi ilə jurnalistlər üçün ənənəvi təlim keçirilib.

 

"APA-Economics"in məlumatına görə, təlim Şabran rayonunda yerləşən müalicəvi-bərpa kurort kompleksində baş tutub.

 

"Stress şəraitində idarəetmə, şəbəkələşmə və vaxtın idarə edilməsi" mövzusunda keçirilən təlimi sosial elmlər və psixologiya üzrə mütəxəssis Əhəd Kazım aparıb. Təlimdə jurnalistlərə vaxtın idarə olunması, vaxta nəzarət edilməsi, işlərin qrafikə uyğun bölünməsi, inkişafa aparan məqsədlərin seçilməsi və prioritetlərə uyğun fəaliyyətin qısa zamanda yekunlaşdırılması ilə bağlı prinsip və qaydalar öyrədilib.

 

Bundan başqa, təlimdə media nümayəndələri stress şəraitində fəaliyyət və qəbul edilən qərarların effektivliyinin artırılması yolları ilə tanış olublar.

 

Təlimdə KİV nümayəndələrinə müasir dövrdə ünsiyyətin əhəmiyyəti və şəbəkələşmə yolları ilə bağlı ətraflı məlumat verilib. Təlim çərçivəsində insanın özünü dərki, onun xarakterinin müəyyən edilməsi məqsədilə interaktiv oyunlar da təşkil olunub.  

 

Qeyd edək ki, "AccessBank" ənənəvi olaraq jurnalistlər üçün bu cür təlimlər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR