Bank Of Baku

"AccessBank" beynəlxalq pul köçürmələri üzrə kampaniyaya başlayır

"AccessBank" beynəlxalq pul köçürmələri üzrə kampaniyaya başlayır
# 11 mart 2016 07:57 (UTC +04:00)

Bakı - APA-Economics. "AccessBank" beynəlxalq sürətli pulköçürmə sistemləri vasitəsi ilə pul göndərən və ya qəbul edən müştərilərə mobil danışıq üçün pulsuz dəqiqələr hədiyyə edir.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Sürətli köçürmələr - hədiyyəli dəqiqələr" aksiyası çərçivəsində 500 dollar və daha artıq ekvivalentində həyata keçirilən hər bir pulköçürmə əməliyyatı müqabilində Bank müştərilərə "Bakcell" və "Nar" mobil operatorlarından 10 danışıq dəqiqəsi, 1000 dollar və daha artıq ekvivalentdə - "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarından 20 danışıq dəqiqəsi hədiyyə edir.
 

Pulsuz dəqiqələr istənilən vaxt məhdudiyyətsiz olaraq istifadə edilə bilər.
 

Bankın təklif etdiyi bütün beynəlxalq pulköçürmə sistemləri – "Western Union", "Contact", "Blizko", "Forsaj", "Lider", "Monex", CMT və "Privat Money" bu kampaniyada iştirak edir. Həmçinin, müştərilər pulköçürmə əməliyyatlarını həmin sistemlərin təklif etdikləri istənilən valyutada - dollar, avro və ya rublda həyata keçirə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR