Bank Of Baku

"Amrahbank" "İkinci Depozit Festivalı" kampaniyasını təqdim edir

"Amrahbank" "İkinci Depozit Festivalı" kampaniyasını təqdim edir
# 05 mart 2015 10:35 (UTC +04:00)

Bakı - APA-Economics. "Amrahbank" "Bazarstore", "İdeal" və "İnteqral Plus" mağazalar şəbəkəsi ilə birlikdə 02.03.2015-31.04.2015 tarixlərində  əmanətçilər üçün çox faydalı olan “İkinci Depozit Festivalı” kampaniyasını həyata keçirir.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniya müddətində  “Amrahbank”da manat, dollar və ya avroda depozit yerləşdirənlər həm 15%-dək gəlir əldə edəcək, həm də depozitinin məbləği 2000-dən artıq olan hər bir kəs "Bazarstore" və "İdeal" mağazalar şəbəkəsindən alış-veriş kartları, "İnteqral Plus" mağazalarından müxtəlif növ telefonlar qazanacaqlar!

 

Kampaniyanın şərtlərinə görə:

 

2000 - 4999 AZN* məbləğində əmanət hesabı açan müştəriyə 20 AZN məbləğində "Bazarstore" kartı;

 

5000 - 9999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində "Bazarstore"  kartı;

 

10000 - 19999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində "Bazarstore", 50 AZN məbləğində İdeal kartları;

 

20000 - 29999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 100 AZN məbləğində "Bazastore", 100 AZN məbləğində İdeal kartları;

 

30000 - 34999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 150 AZN məbləğində "Bazarstore", 150 AZN məbləğində İdeal kartları;

 

35000 - 49999 AZN  məbləğində əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 Mini mobil telefonu;

 

50000 - 79999 AZN məbləğində  əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 və ya Samsung Galaxy Alpha  mobil telefonu;

 

80000-99999 AZN məbləğində əmanət hesabı açan müştəriyə İphone 6 mobil telefonu;

 

100000 AZN və yuxarı məbləğində əmanət hesabı açan müştəriyə İphone 6 mobil telefonu, 100 AZN məbləğində Bazarstore və 100 AZN məbləğində İdeal kartları və əlavə hər 50000 AZN üçün müştərinin istəyindən asılı olaraq 100 AZN məbləğində ya Bazarstore, ya da İdeal kartları hədiyyə olaraq veriləcəkdir.

 

* Əmanət xarici valyutada açıldıqda, məbləğ əməliyyat aparılan günə Mərkəzi Bankın rəsmi məzənnəsinə milli valyuta ekvivalenti ilə hesablanır.

 

Məlumat üçün bildiririk ki, kampaniya “Amrahbank”ın Lider, Güvən və Daxıl əmanətlərinin müştərilərinə şamil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR