"Anglo Asian Mining" ötən il "Gədəbəy" yatağından 71,461 min unsiya qızıl hasil edib ki, bu da 2016-cı il ilə müqayisədə 1,17% azdır.
"APA-Economics" şirkətin saytında yer alan hesabata istinadən xəbər verir ki, ötən il şirkət yataqdan 172,853 min unsiya gümüş, 1,991 min ton mis hasil edə bilib.
Hesabat dövründə "Anglo Asian Mining" ümumi çəkisi 43,496 min unsiya qızıl külçə satıb ki, bu da 2016-cı il ilə müqayisədə 18,36% azdır. Ötən il külçələrin 1 unsiyasının qiyməti 1,265 min dollar təşkil edib. Beləliklə, şirkət qızıl külçələrin satışından 55,022 mln. dollar qazanıb.
Bundan başqa, şirkət yanvar-dekabr ayları ərzində dəyəri 16,8 mln. dollar olan 8,497 min ton mis konsentratı satıb.