Bank Of Baku

"Azercell” SMS-lər üçün yeni tarif təqdim edir

"Azercell” SMS-lər üçün yeni tarif təqdim edir
# 14 aprel 2018 07:16 (UTC +04:00)

"Azercell Telekom" MMC fakturalı və fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan tariflər üzrə SMS-in qiymətini dəyişdirir.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin mayın 15-dən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda, “Gənc ol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək.

 

Bundan başqa, mayın 15-dən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək. Eyni zamanda, “Hədsiz” və “Hədsiz Zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR