Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidentinin sərəncamı əsasən "Azərişıq" ASC-nin yaradılması iki ay müddətində başa çatdırılacaq və yeni nizamnamə və struktur bu müddət ərzində prezidentə təqdim olunacaq.
Bunu "APA-Economics"in Lent.az-a istinadən verdiyi məlumata görə, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, "Azərişıq" bütün regionlar üzrə tam səlahiyyətlərinin icrasına başlayır: "Azərişıq" ASC-nin Bakı şəhəri ilə birgə 7 regional idarəsi (biri Bakıda, 6-sı regionlarda) yaradılacaq. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə veriləcək. Bu regionların adları da bir-iki günə məlum olacaq".
T. Mustafayev deyib ki, "Azərişıq" ASC yaradılarkən bir çox yeniliklər olacaq: “Qurumun fəaliyyətində yeni texnologiyalar tətbiq olunacaq. İlk olaraq çətinliklər olan rayonlarda yeniliklər tətbiq olunacaq”.