2018-ci ilin may ayı ərzində “Azexport.az” portalına 27,7 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün sayına istinadən xəbər verir.
İcmalda qeyd olunub ki, ümumilikdə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 may tarixinə kimi Azexport.az portalına dünyanın 95 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 725,2 mln. dollar təşkil edib.