2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu, “İxrac İcmalı”nın 2018-ci ilin yanvar sayında öz əksini tapıb.
Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,4 mln. ABŞ dolları təşkil edib.