Bank Of Baku

"Baker Tilly Azərbaycan” şirkəti və Varşava Fond Birjası Bakıda birgə seminar təşkil edib - FOTOSESSİYA

"Baker Tilly Azərbaycan” şirkəti və Varşava Fond Birjası Bakıda birgə seminar təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 28 noyabr 2014 07:00 (UTC +04:00)

Audit və konsaltinq sahəsində aparıcı şirkətlərdən biri olan “Baker Tilly Azərbaycan” şirkəti tərəfindən 26 noyabr 2014-cü il tarixində "Hilton" otelində Varşava Fond Birjası ilə birlikdə “Road from Baku to Warsaw: Finance your Business at Eastern Europe’s largest Capital Market” mövzusunda seminar keçirilib.

 

Seminarın aparılması üçün VFB-nin nümayəndələri Biata Kasprişik və Mistislav Lazor, Baker Tilly Ukrayna şirkətinin idarəedici partnyoru Aleksandr Poçkun dəvət olunublar.

 

VFB maliyyə vəsaitlərinin cəlb edilməsində və investisiyaların yerləşdirilməsində Şərqi Avropada daha dinamik inkişaf edən və ən böyük ticarət platformalarından biridir. Burada bir çox iri həcmli investorlar və emitentlər təqdim olunurlar.

 

Müasir dünyada biznes layihələrinin maliyyələşdirilməsi üçün kapital bazarına çıxış, biznesin uğurlu inkişafı üçün əsas amillərdən biridir.

 

Maliyyə bazarı haqqında məlumatın olması, eyni zamanda, həmin bazarın bir hissəsi olma imkanı, onun iştirakçılarına digərləri qarşısında üstünlük verməklə, biznesin inkişafı üçün daha əlverişli şərait yaradır.     

 

Seminar Baker Tilly Azərbaycan şırkətinin Azərbaycan biznes-auditoriyasının məlumatlandırılması və Avropa İttifaqının aparıcı ticarət platformalarından birinə çıxışı üçün 2015-ci ildə davam etdiriləcək lahiyənin bir başlanğıcıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR