Bank Of Baku

"Bank Respublika"nın altivləri 2% artıb

"Bank Respublika"nın altivləri 2% artıb
# 19 yanvar 2017 05:43 (UTC +04:00)

"Bank Respublika" ASC ötən il aktivlərini 2,1% artıraraq 912,117 mln. manata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın balans hesabatında qeyd edilib.

 

Hesabat dövründə bankın kredit portfeli 10% daralaraq 269,116 mln. manata enib. İlin sonuna "Bank Respublika" kreditlər üzrə 14,058 mln. manatlıq məqsədli ehtiyat yaradıb.

 

Cari ilin yanvarın 1-ə bankın öhdəliklərinin həcmi 871,793 mln. manata çatıb ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 4% çoxdur. Bankın depozit portfeli 1% azalaraq 551,816 mln. təşkil edib. Hesabat dövründə banka yatırılan fiziki şəxslərin depozitləri 29,1% azalaraq 189,961 mln. manata çatıb. Öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il bank maliyyə sektoru institutlarından 311,058 mln. manat vəsait cəlb edib.

 

Bankın məcmu kapitalı il ərzində 15,3% azalaraq 51,677 mln. manata çatıb. Mәcmu kapitalın adekvatlıq әmsalı 17,14%-dir.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR