Bank Of Baku

"Bank VTB (Azərbaycan)" Gəncədə ilk regional filialını açıb - FOTO

"Bank VTB (Azərbaycan)" Gəncədə ilk regional filialını açıb - <span style="color: red;">FOTO
# 27 fevral 2015 14:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Gəncə şəhərində "Bank VTB (Azərbaycan)"ın ilk regional filialı açılıb.

 

Bankdan “APA-Economicsə” verilən məlumata görə, “Gəncə” filialı şəhərin mərkəzində Atatürk prospekti, 234 ünvanında yerləşir.

 

Yeni ofisin açılış mərasimində "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, “AtaHolding”, Gəncə şəhəri İcra hakimiyyətinin və bələdiyyə nümayəndələri, eləcə də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

 

"Təsadüfi deyil ki, "Bank VTB (Azərbaycan)”ın ilk regional filialı Gəncədə açılıb. Gəncə Azərbaycanın iri sənaye şəhərlərindən biridir. Burada bir çox müəssisələr fəaliyyət göstərir ki, onlardan əksəriyyəti məhz sənaye sahəsinə aiddir. Bu filialın açılışı ilə biz regionlarda iqtisadiyyatın real sektorunun inkişafına dəstək olmaq niyyətindəyik.  Azərbaycanın regionlarında filial şəbəkəmizin genişləndirilməsi bankımızın inkişaf strategiyasında prioritet hesab olunur", - deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

 

Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. “Gəncə” filialı nəinki gəncəlilərə, eləcə də Naftalan,  Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir əhalisinə də xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR