Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 10,35% və ya 594,1 mln. manat artaraq ötən ilin dekabr ayının 1-nə 6 332,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 41,3 mln. manat və ya 0,66% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə noyabrda dövriyyədə olan nağd pulların həcmi 915,4 mln. manat və ya 15,95% artıb.
Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 69,9% təşkil edir.