Bank Of Baku

I rübdə Azərbaycanın xalis maliyyə aktivləri 1 mlrd. dollaradək artıb

 I rübdə Azərbaycanın xalis maliyyə aktivləri 1 mlrd. dollaradək artıb
# 14 iyun 2018 13:48 (UTC +04:00)

2018-ci ilin yanvar-mart aylarında ölkənin xalis maliyyə aktivləri 985,9 mln. dollar artıb.

 

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin  yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb. 

 

Sənəddə qeyd olunub ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (562,3 mln. dollar), portfel investisiyaları (88,2 mln. dollar), törəmə maliyyə alətləri (1,4 mln. dollar) və digər investisiyalar (334 mln. dollar) hesabına formalaşıb.

 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 523,2 mln. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (128,8 mln. dollar), neft bonusu (450,1 mln. dollar), portfel investisiyaları (-46,6 mln.$) və digər investisiyalar (-9,1 mln. dollar) hesabına formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR