Bank Of Baku

"PAŞA Bank" aktivlərini kəskin artırıb

"PAŞA Bank" aktivlərini kəskin artırıb
# 07 noyabr 2016 09:12 (UTC +04:00)

“Paşa Bank”ın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 2 782,553 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 76,6% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 15,3% artaraq 809,356 mln. manat olub. Vaxtı keçmiş kreditlərin həcmi 89,992 mln. manat təşkil edir ki, bu da ümumi kredit portfelinin 11,12%-dir.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,24 dəfə artaraq 1 953,013 mln. manata, çatıb. Əhalinin əmanətləri 385,664 mln. manat olub ki, bu da illik müqayisədə 64,4% çoxdur. Öhdəliklərin həcmi isə illik müqayisədə 97% artaraq 2 413,947 mln. manat olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 6,66% artaraq 368,606 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 84,5% artaraq 137,315 mln. manata, xərcləri isə 75,3 artaraq 70,712 mln. manata çatıb.

 

Cari ilin III rübünü bank 12,654 mln. manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR