Bakı. Musa Əhmədov - APA-Economics. "PAŞA Bank" filial şəbəkəsini genişləndirmək niyyətindədir.
"APA-Economics" xəbər verir ki, bu barədə bankın Baş icraçı direktoru, İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Sədr qeyd edib ki, filiallardan biri Sumqayıtda yerləşəcək. "Düşünürəm ki, ilin sonunadək Sumqayıtdakı filialımız fəaliyyətə başlayacaq", - deyə T. Kazımov qeyd edib.
Bundan başqa bank fiziki şəxslərə xidmət göstərmək üçün filial açacaq: "Burada yalnız bizim korporativ müştərilərimizin (şirkətlərin) əməkdaşları kreditləşəcək".