Bank Of Baku

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin aktivləri 10% azalıb

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin aktivləri 10% azalıb
# 10 noyabr 2017 11:28 (UTC +04:00)

2017-ci ilin üçüncü rübün sonuna "PAŞA Bank"ın Gürcüstandakı törəməsi "PASHA Bank Georgia" ASC-nin aktivlərinin həcmi 250,923 mln. lari təşkil edib.


"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,63% azalıb.

Törəmə bankın kredit portfeli 23,13% artaraq 109,351 mln. lariyə çatıb.
 

Bankın öhdəliklərinin həcmi 145,591 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,87% azdır. Sentyabrın sonuna "PASHA Bank Georgia"nın depozit portfeli 22,32% azalaraq 9,793 mln. lari olub.
 

Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı dəyişməyib - 103 mln. lari. Hazırda bankın cəmi kapitalı 105,332 mln. lari təşkil edir ki, bu da 4,91%-lik artım deməkdir.

Sentyabrın sonuna bankın xalis mənfəəti 4 mln. 126,190 min lari təşkil edib.

 

"PASHA Bank Georgia" 2013-cü ildə təsis olunub.

 

  • 1 gürcü larisi = 0,6428 manat

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR