"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2017-ci ilin III rübündə 798 mln. 646 min türk lirəsi təşkil edib.
"APA-Economics" bankın konsolidə olunmamış maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 361 min 813 lirə və ya 82,82% çoxdur.
Hesabat dövründə bankın kredit portfeli 632 mln. 913 min lirəyə bərabər olub ki, bu da 2016-cı ilin 9 ayındakı göstəricidən 70,68% çoxdur.
Hesabat dövründə bankın faiz gəliri 44 mln. 615 min lirə, faiz xərcləri 16 mln. 062 min lirəyə bərabər olub. Başqa sözlə, il ərzində bankın faiz gəliri 1,7 dəfə, faiz xərcləri isə 4,5 dəfə artıb.
Bank cari ilin ilk 9 ayını 11 mln. 431 min lirəlik mənfəətlə başa vurub.
Qeyd edək ki, noyabrın 6-na 1 türk lirəsi 0,4385 manatdır. (1 TRY = 0,4385 AZN)