Bank Of Baku

"SƏMAYƏ Co. LTD" öhdəliklərini artırıb

"SƏMAYƏ Co. LTD" öhdəliklərini artırıb
# 04 noyabr 2017 08:24 (UTC +04:00)

"SƏMAYƏ Co. LTD" MMC-nin aktivləri kəskin artıb.

 

"APA-Economics" şirkətin 2016-cı il üzrə audit hesabatına əsasən xəbər verir ki, "SƏMAYƏ Co. LTD"-nin cəmi aktivləri 2016-cı ilin dekabrın 31-nə 1 mln. 263,097 min manat təşkil edib ki, bu da bu ilin əvvəli ilə müqayisədə 14,68 dəfə çoxdur.

 

Hesabat dövründə şirkətin əsas vəsaitləri 1 mln. 89,558 min manat, sair aktivləri 152,021 min manat, sair debitor borcları isə 17,926 min manata bərabər olub.

 

İlin əvvəli ilə müqayisədə 2016-cı ilin dekabrın 31-nə şirkətin cəmi öhdəlikləri 11,01 dəfə artaraq 1 mln. 247,377 min manat olub. Hesabat dövründə şirkətin sair öhdəlikləri 1mln. 110,551 min manat, sair kreditor borcları 136,826 min manat təşkil edib.

 

Bir il ərzində şirkətin əsas əməliyyat gəlirləri 12,03 dəfə artaraq 399,538 min manata yüksəlib. 2016-cı il ərzində şirkət xidmətlərin və malların dəyəri üçün 70,544, əmək haqqı üçün 51,963 min manat, sosial fondların təminatına ayırmalara 11,432 manat, köhnəlmə və amortizasiya üçün 208,129 manat yönəldilib.  

 

Şirkətin hesabat dövrünə xalis mənfəəti 39,257 manat olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR