Bank Of Baku

"TuranBank"ın kredit portfeli 3% azalıb

"TuranBank"ın kredit portfeli 3% azalıb
# 17 yanvar 2017 14:22 (UTC +04:00)

“TuranBank”ın aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 528,222 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,44% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,78% azalaraq 282,486 mln. manat olub.

 

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 0,05% artaraq 468,987 mln. manat təşkil edib.

 

Bir il ərzində bankın məcmu kapitalı 8,24% artaraq 69,363 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. 2,5 min manat təşkil edib.

 

Ötən ili “TuranBank” 1 mln. 398 min manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR