"Azərbaycan Beynəlxalq Bankı" ASC xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiya prosesinin 180 gün müddətinə uzadılması üçün yerli rayon məhkəməsinə müraciət edib.
"APA-Economics" xəbər verir ki, bu məlumat bankın restrukturizasiya məsələləri üzrə agent qismində çıxış edən "D.F. King & Co" şirkətinin yaydığı bəyanatda öz əksini tapıb.
Qeyd edək ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.
Qeyd edək ki, Beynəlxalq Bank 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.