"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb.
Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 mln. 241 mln. 287 min 247,85 manata çatdırılmış olacaq.
"Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir", - deyə bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.