Bank Of Baku

Ağstafada yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib

Ağstafada yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib
# 26 fevral 2015 12:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini həyata keçirib.

 

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü il noyabrın 26-da Bakı-Qazax sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsinin 450-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 4000 manat məbləğində kompensasiya ödənişi verilib.

 

Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə fevralın 26-da köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR