Bank Of Baku

ARDNF xarici menecerlərlə əməkdaşlıq prinsipini açıqlayıb

ARDNF xarici menecerlərlə əməkdaşlıq prinsipini açıqlayıb
# 07 iyun 2018 10:51 (UTC +04:00)

“Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə (ARDNF) əməkdaşlıq edən xarici menecerlər ARDNF ilə vəsaitlərin idarə edilməsi üzrə investisiya sazişi əsasında onlara həvalə olunmuş vəsaitləri yatırım edir və əldə olunmuş qiymətli kağızlar Fondun kastodial hesabında onun digər vəsaitləri ilə birgə saxlanılır”.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, idarə edilməyə verilmiş aktivlərlə bağlı xarici menecerin rolu əsasən həmin aktivlər ilə bağlı sazişə uyğun investisiyaların həyata keçirilməsi və müvafiq hesabatların hazırlanmasından ibarət olur və həmin investisiyalar və onlardan gələn gəlirlər (əsasən faiz və ya dividend gəlirləri) ilə bağlı sahiblik hüququ ARDNF-də qalmaqla onun balansında əks olunur. Bununla da Fond xarici menecerlərin gələcəkdə üzləşə biləcəyi müflisləşmə riskinə məruz qalmır.

 

Fondun vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahədəki bilik və bacarıqlarından faydalanmaq, daxili idarəetmədə olan və xarici menecerlər tərəfindən idarə olunan alt-portfellərin gəlirlilik göstəricisinin müqayisəli təhlilini aparmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

 

“Qeyd etmək lazımdır ki, ARDNF İnvestisiya Siyasətinin tələblərinə uyğun olaraq yalnız bu sahədə çoxillik müsbət təcrübəyə malik, idarə edilməsində olan aktivlərin həcminə görə ən böyük xarici menecerlər ilə əməkdaşlıq edir. Eyni zamanda, Fond xarici menecerlər tərəfindən idarə olunan aktivləri daim nəzarətdə saxlayır və daxili prosedurlara uyğun olaraq mütəmadi şəkildə xarici menecerlərin qiymətləndirilməsini həyata keçirir,” – deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR