Bank Of Baku

Axtarışda olan Lənkəran sakinindən heroin və metamfetamin aşkar edilib

Axtarışda olan Lənkəran sakinindən heroin və metamfetamin aşkar edilib
# 24 fevral 2015 13:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Gömrük Komitəsində açılmış əməliyyat-axtarış işi üzrə axtarışda olan Şöhrət Rəhmənovun Lənkəran rayonunun Göyşaban kəndində olduğu barədə Astara Gömrük İdarəsinə məlumat daxil olmuş və sözügedən ərazidə müvafiq tədbirlər həyata keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Ş. Rəhmənovun idarə etdiyi “Vaz 21074” markalı nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin salonunda, siqaret qutusunun içərisindəki 1 ədəd bükümdə xalis çəkisi 0,121 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 0,205qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR