Bank Of Baku

Aydın Əliyev: “Vyetnam prezidentinin Bakıya səfəri çərçivəsində iki ölkə arasında gömrük məsələlərinə dair hökumətlərarası saziş imzalanacaq” - FOTO - VİDEO

Aydın Əliyev: “Vyetnam prezidentinin Bakıya səfəri çərçivəsində iki ölkə arasında gömrük məsələlərinə dair hökumətlərarası saziş imzalanacaq” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 may 2015 15:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Vyetnamın maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-Economics”in xəbərinə görə, A. Əliyev Vyetnam prezidentinin sabah Azərbaycana gözlənilən rəsmi səfərindən məmnunluq duyduğunu deyib. DGK sədri bildirib ki, bu səfər zamanı gömrük sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi yer ayrılması təqdirəlayiqdir. A. Əliyev əlavə edib ki, Vyetnam prezidentinin səfəri çərçivəsində mayın 14-də iki ölkə arasında gömrük məsələlərinə dair hökumətlərarası saziş imzalanacaq.

 

“Vyetnam Azərbaycan üçün yalnız siyasi tərəfdaş yox, eyni zamanda xarici əlaqələrdə iqtisadi tərəfdaşdır. İki ölkə arasında illik ticarət dövriyyəsi bir neçə yüz milyonlarla dollar təşkil edir. Qeyd edim ki, iki ölkə arasında ən böyük ticarət dövriyyəsi 2013-cü ildə qeydə alınıb və burda neft və neft məhsullarının payı 200 milyon dollardan artıq olub. İki ölkə arasında saziş imzalanandan sonra və burada biznes əlaqələrinin daha da geniş yaradılmasından sonra iki ölkə arasında ticarət dövriyyəsi daha da artacaq”, - deyə A. Əliyev bildirib.

 

Vyetnamın maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuan isə bildirib ki, imzalanacaq saziş hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığa müsbət təsir edəcək: “Bu saziş Azərbaycan və Vyetnam biznesmenləri üçün ticarətin daha da asanlaşdırılmasına xidmət edəcək. Eyni zamanda bu saziş iki ölkənin gömrük orqanları arasında əlaqələri üçün çox uğurlu olacaq. Bununla da, Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Bundan başqa, imzalanacaq saziş Azərbaycan və Vyetnam arasında investisiya yatırımı üçün də faydalı olacaq”.         

 

Qeyd edək ki, görüşün sonunda Vyetnamın maliyyə nazirinin müavini tərəfindən DGK sədri Aydın Əliyevə xatirə hədiyyəsi təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR