Bank Of Baku

Azərbaycan avtomobil idxalını 40% azaldıb

Azərbaycan avtomobil idxalını 40% azaldıb
# 15 dekabr 2014 08:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 56 804 ədəd avtomobil idxal olunub.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 882 avtomobil və ya 39,3% azdır.

 

Belə ki, ölkəyə gətirilən avtomobillərin 310 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 51 589 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 580 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 325 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR