Bank Of Baku

Azərbaycan banklarının məcmu gəlirləri 2,3 mlrd. manata çatır

Azərbaycan banklarının məcmu gəlirləri 2,3 mlrd. manata çatır
# 28 noyabr 2014 08:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-economics. Bu ilin III rübündə bankların cəmi gəlirləri 2 mlrd. 246 mln. 440 min manat təşkil edib.

 

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin 10 ayında bankların faiz gəlirləri 1 mlrd. 864 mln. 7 min manat, qeyri-faiz gəlirləri 382,37 mln. manat təşkil edib.

 

Son bir ildə bankların cəmi gəlirləri 550,01 mln. manat və ya 32,4% artıb.

 

2014-cü ilin yanvar-oktyabr aylarında bankların cəmi xərcləri 1 mlrd. 519 mln min manat o cümlədən faiz xərcləri 810,63 mln. manat, qeyri-faiz xərcləri 708,37 mln. manat  olub. Nəticədə də, bankların 727,44 mln. manat mənfəəti yaranıb. Banklar bu mənfəətdən (ilin 10 ayında)   aktivlər üzrə xüsusi ehtiyatlara 322,99 mln. manat ayırıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Ayırmalardan sonra, bankların 10 aylıq vergi ödənilənədək xalis mənfəəti 404,45 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR