Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərinin sayı artmaqda davam edir.
ABB-nin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin 10 ayı ərzində bankın fiziki şəxs olan müştərilərinin sayı 58 679 nəfər artıb.
Həmçinin bu il 350 müəssisə və şirkət ABB-nin müştərisi olub.
Qeyd edək ki, noyabrın 1-nə ABB-nin müştəri bazası 14 157 hüquqi şəxs və 920 411 fiziki şəxsdən ibarətdir.